Amazing.Az

Musiqili Teatrın kollektivi Elçin Həmidovun məzarını ziyarət etdi



Musiqili Teatrın kollektivi Elçin Həmidovun məzarını ziyarət etdiMusiqili Teatrın kollektivi Elçin Həmidovun məzarını ziyarət etdi

Üç il əvvəl dünyasını dəyişmiş mərhum aktyor, əməkdar artist Elçin Həmidovun sənət yoldaşları onu ölümündən sonra da unutmayıblar. Belə ki, Azərbaycan Dövlət Musiqili Teatrının bir qrup əməkdaşı aktyorun doğum günündə məzarını ziyarət edərək, gül dəstələri qoyublar.

Teatrin truppa müdiri Vidadi Həsənov, tamaşalarda Elçin Həmidovun yerinin hələ də göründüyünü dilə gətirdi: “Qrim otağının qarşısından keçəndə belə elə onun varlığını, sanki səhnəyə hazırlığını hiss edirəm. Konkret bir aktyorun uğurlu oyunu ilə möhürü vurulmuş rollar, obrazlar var ki, bunların təkrarı ancaq yamsılama forması alır. Bu baxımdan Elçin Həmidovu əvəzedilməz sənətkarlar sırasına daxil etmək olar”.

Əməkdar artist Nahidə Orucovanı mərhumla 35 illik dostluq və yaradıcılıq telləri bağlayır: “Mən gənc yaşda qardaşımı, Elçin də gənc yaşda bacısını itirib. Həyatımızdakı bu boşluğu ancaq bir-birimizə həqiqi mənada bacı-qardaş olmaqla doldurmuşduq. Ən çətin anlarında yanında olmuşam, qayğısını çəkmişəm. İkinci dəfə də qardaşsız qaldım və onun yerini kimsə doldura bilməz… İldə iki dəfə – ölüm və doğum günlərində onu ziyarət edirəm.

Rejissor assistenti Elməddin Dadaşov da Elçin Həmidov haqda düşüncələrini belə ifadə etdi: “Çox istərdim ki, Elçin sağ olaydı, ad günü arzularını özünə deyim, amma… Elçin, onu tanıyan hər kəs üçün əzizdir. O, bir həyat tarixçəsi idi. Deyirlər səbəbkarsız ad günü etmək olmaz. Lakin buna rəğmən onu sevənlər bu gun onun soyuq məzarı ətrafına toplanıb. Həyatda necə bizi sevindirməyi bacarırdısa, biz də Elçini xatırlamaqla onun ruhunu sevindirmiş oluruq. Ruhun şad olsun, dostum!”.

Xatırladaq ki, tanınmış aktyor Elçin Həmidov 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb. İstedadı və bacarığı sayəsində qısa zaman ərzində klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində maraqlı obrazlar yaradıb.

Nikolay Qoqolun “Evlənmə” komediyasında Yaiçnitsa, aktyorun yaratdığı son obrazı, 23 fevral tarixində bu tamaşa ilk və teatrda son premyerasi oldu.

Elçin Həmidov 2011-ci il martın 4-də ürək tutmasından dünyasını dəyişib.


Просмотров:54544 | Şərhlər:1741 | Автор: | Дата:6-09-2014, 17:35

Şərhlər

Оставить комментарий
Цитата
  • Группа: Гости
  • ICQ: {icq}
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Hi there every one, here every one is sharing these kinds of experience, therefore it's fastidious
to read this webpage, and I used to visit this blog everyday.


My homepage ... محصولات
ارگانیک و طبیعی

Afişa

Проблемы с информером? Ответы: тут.
Facebook
Faydalı linklər
Heydər Əliyev Fondu
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Top Xəbərlər
Счетчик