Musiqili Teatrın kollektivi məzuniyyətə getdi
Azərbaycan Dövlət Musiqili Teatrının 104-cü mövsümü başa çatdı. Bununla bağlı bü gün teatrda keçirilən yığıncaqda teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünasılıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev arxada qalan mövsümün uğurları, maraqlı tamaşalarla yadda qalması barədə söhbət açdı, yol verilmiş nöqsanlardan danışdı. Direktor 105-ci mövsümdə görüləcək işlər, yaradıcılıq planları barədə də söhbət açdı, hər kəsə gözəl istirahət arzuladı.
Məlumat üçün deyək ki, iyulun 15-dən etibarən teatrın bütün kollektivi məzuniyyətə çıxır. Yeni teatr mövsümünün açılışı hər il olduğu kimi, bu dəfə də 18 sentyabr – Milli Musiqi günü böyük Üzeyir Hacıbəylinin “Ər və arvad” komediyası ilə olacaq.