Rusiyalı artistlər Musiqili Teatrın səhnəsində çıxış edəcəklər
Rusiya Federasiyasının xalq artistləri Valentin Qaft və Olqa Ostroumova Bakıya gələcəklər. 17-18 oktyabr tarixlərinə planlaşdırılan səfərin məqsədi, yaradıcı cütlüyün “Неюбилейный вечер» adlı yaradıcılıq gecəsinin keçirilməsidir. Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində keçiriləcək gecədə, seyrçiləri həcv və mahnılar, tanınmış aktyorların şəxsi həyatlarından hekayələr və yaradıcılıq planları barədə maraqlı söhbətlər gözləyir.